Mariya Stadnik Odessada keçirilən turnirin qalibi olub
02.05.2008 - 11:30
Odessa. Elşən Məmmədov-APA-Sport. Ukraynanın Odessa şəhərində qadın güləşi üzrə beynəlxalq turnir start götürüb. «APA-Sport» agentliyinin məlumatına görə, yarışın ilk günündə Azərbaycan pəhləvanları bir qızıl, bir gümüş medal qazanıblar. Belə ki, Avropa çempionu Mariya Stadnik (48 kq) qızıl, Olesya Zamula (63 kq) gümüş medala sahib çıxıb. Digər güləşçilərimiz – Alyona Komarova (55 kq), Mariya Kaçina və Dina İvanova (hər ikisi 72 kq) isə bu gün döşək üzərinə çıxacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0