İordaniya yığması Qubada təlim-məşq toplanışı keçib
02.05.2008 - 15:37
Bakı. Aqşin Əliyev - APA-Sport. İordaniyanın taekvondo üzrə gənclərdən ibarət yığması Quba Olimpiya Kompleksində təlim-məşq toplanışında olub. Bu barədə “APA-Sport” agentliyinə Azərbaycan Taekvondo Federasiyasının meneceri Nağı Səfərov məlumat verib. Onun sözlərinə görə, iordaniyalı taekvondoçular Türkiyənin İzmir şəhərində keçiriləcək dünya çempionatına azərbaycanlı həmkarları ilə birgə hazırlaşıblar: “Azərbaycan və İordaniya milli komandaları birgə hazırlıq prosesi keçdilər. Bu gün isə qonaqlar dünya çempionatında iştirak etmək məqsədilə Türkiyəyə yollandılar”. N.Səfərov bildirib ki, İordaniyanın dünya çempionatına Qubada hazırlaşması təsadüfi sayılmamalıdır. Belə ki, az öncə İordaniya şahzadəsi Əl-Həsən bin Təvalın ölkəmizə səfəri zamanı qarşılıqlı təlim-məşq toplanışlarının təşkilinə dair Azərbaycan Taekvondo Federasiyası rəhbərliyi ilə razılıq əldə olunub. Gələcəkdə yığmamızın İordaniyada hazırlaşması nəzərdə tutulub.
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək
- Azərbaycanın yelkən komandası Türkiyə reqatasında iştirak edəcək
- Fiziki imkanları məhdud uşaqlar üçün padel tədbiri keçirilib
0
0