Şəhriyar Məmmədyarov Qran-pri turnirinin lideri Aleksandr Qrişukla heç-heçə oynayıb
02.05.2008 - 17:40
Bakı. Kənan Həsənov – APA-Sport. Bakıda təşkil olunan şahmat üzrə Qran-Pri turnirində X turun görüşləri başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarov hesabat turunda yarışın rusiyalı lideri Aleksandr Qrişukla qarşılaşıb. Ağ fiqurlarla oynayan beynəlxalq qrossmeysterimiz oyunun gedişində müəyyən üstünlük qazansa da, tərəflər 42-ci gedişdə heç-heçəyə razılaşıblar. Bu nəticədən sonra A.Qrişuk xallarının sayını 6,5-ə, Ş.Məmmədyarov isə 5,5-ə çatdırıb. Başa çatan digər görüşdə reytinq favorit Maqnus Karlsen (Norveç) autsayder David Navara (Çexiya) ilə heç-heçə edib.
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
0
0