Dinarə Gimatova Bolqarıstanda keçirilən Qran-Pri turnirində üçüncü yeri tutub
05.05.2008 - 12:45
Bakı. Kənan Həsənov – APA-Sport. Bolqarıstanın Burqas şəhərində bədii gimnastika üzrə Qran-Pri turnirinin V mərhələsinə yekun vurulub. Azərbaycan Gimnastika Federasiyasının mətbuat katibliyindən “APA-Sport” agentliyinə verilən məlumata görə, bu nüfuzlu yarışda ölkəmizin şərəfini yalnız Dinarə Gimatova qoruyub. Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanan həmyerlimiz çoxnövçülükdə fəxri kürsüyə yüksələ bilməyib. Buna baxmayaraq, D.Gimatova ayrı-ayrı növlər üzrə mübarizədə bürünc medala sahib çıxıb. Bədii gimnastımız lentlə proqramın ifasına görə hakimlərdən 17,025 xal alıb və 3-cü yeri tutub. Bütün növlər üzrə qızıl medalı belaruslu İnna Jukova əldə edib.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0