Azərbaycan Dünya Kubokunda Anna Qurbanova ilə təmsil olunacaq
16.05.2008 - 16:10
Bakı. Kənan Həsənov - APA-Sport. Sabah Belarusun paytaxtı Minskdə bədii gimnastika Dünya Kubokunun VI mərhələ yarışı start götürəcək. “APA-Sport” agentliyinin Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, bu nüfuzlu yarışda ölkəmizi cəmi bir idmançı təmsil edəcək. Belarusa milli komandamızın üzvü Anna Qurbanova yollanıb. Dünya Kubokunun VI mərhələ yarışının mükafatçılarının yekun siyahısı mayın 18-də müəyyənləşəcək.
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
- AMADA nümayəndələri beynəlxalq vebinarda iştirak ediblər
0
0