Azərbaycan güləşçisi Şalva Qadabadze Pekin Olimpiadasına lisenziya qazanıb - YENİLƏNİB
23.05.2008 - 14:13
Novi Sad. Elşən Məmmədov-APA-Sport. Bu gün Serbiyanın Novi Sad şəhərində yunan-Roma güləşi üzrə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II təsnifat turniri start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda ölkəmizi iki pəhləvan – Şalva Qadabadze (84 kq) və Aydın Səfərov (96 kq) təmsil edir. Turnirin ilk günündə Ş.Qadabadze döşək üzərinə çıxıb. Yığmamızın gürcüstanlı legioneri mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Onun ilk rəqibi Hannes Harinq (Avstriya) olub. Ş.Qadabadze qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib. Həmyerlimiz 1/8 finalda Laymutis Adomaytislə (Litva) qarşılaşıb. Bu görüşdə də Ş.Qadabadze qalib gəlib. O, ¼ finalda Andrian Mokanu (Moldova) ilə üz-üzə gəlib. Güləşçimiz yenə qələbə qazanaraq, yarımfinala vəsiqə əldə edib. Pəhləvanımızın növbəti rəqibi isə Xristo Diyanov Marinov (Bolqarıstan) olub. Ş.Qadabadze bu qarşılaşmadan da qalib ayrılaraq, finala vəsiqə və Pekin Olimpiadasına lisenziyaya sahib çıxıb. Bununla da yunan-Roma güləşçilərimiz dörd illiyin ən böyük idman yarışında 7 mümkün çəkidən 6-da təmsil olunmaq hüququna yiyələniblər. “Klassik”lərimizin sərbəst güləşçilərimiz kimi Pekinə tam heyətlə yollanması üçün sabah mübarizəyə qoşulacaq A.Səfərov da öz çəkisində ilk “üçlüy”ə düşməyi bacarmalıdır.
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
0
0