Azərbaycan basketbolçusu Rusiya çempionatının gümüş medalını qazanıb
26.05.2008 - 16:23
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın basketbol üzrə milli komandasının lideri Aleksandr Rındinin şərəfini qoruduğu “Ural-Qreyt-2” klubu Rusiya çempionatının güclülər dəstəsində ikinci yeri tutub. “APA-Sport” agentliyinin məlumatına görə, həmyerlimizin komandası keçirdiyi 56 oyunun 44-də qələbə qazanıb və 12 dəfə uduzub. Nəticədə 100 xal toplayan “Ural-Qreyt-2” gümüş medala sahib çıxıb. Birinci yeri isə 106 xalla Saransk şəhərinin “Ruskon-Mordoviya” klubu qazanıb.
Qeyd edək ki, bu, iki il əvvəl üçqat Azərbaycan çempionu “Qala” klubundan transfer edilən 225 sm boya malik A.Rındinin legioner karyerasında ilk uğurudur.
Qeyd edək ki, bu, iki il əvvəl üçqat Azərbaycan çempionu “Qala” klubundan transfer edilən 225 sm boya malik A.Rındinin legioner karyerasında ilk uğurudur.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0