Zümrüd Qurbanhacıyeva sabah Pekin Olimpiadasına lisenziya xarakterli son turnirə yollanacaq
27.05.2008 - 11:14
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın qadın güləşçisi Zümrüd Qurbanhacıyeva yığma komandamızın məşqçisi Elşad Allahverdiyevlə birgə sabah İsveçin Haparanda şəhərinə yollanacaq. Bu haqda «APA-Sport» agentliyinə millimizin baş məşqçisi Nazim Əlicanov məlumat verib. Onun sözlərinə görə, Z.Qurbanhacıyeva mayın 31-də start götürəcək 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II təsnifat turnirində çıxış edəcək. 72 kq çəkidə çıxış edəcək pəhləvanımız qadın güləşində hələ qazanılmayan yeganə vəsiqə uğrunda mübarizə aparacaq. İki gün davam edəcək yarışın proqramına əsasən, həmyerlimiz iyunun 1-də döşək üzərinə çıxacaq. Pekin Olimpiadasına lisenziya qazanmaq üçün Z.Qurbanhacıyeva öz çəkisində ilk «üçlüy»ə düşməlidir. Haparanda turniri güləşin bütün növlərində olimpiya lisenziyalı sonuncu yarış olacaq.
Qeyd edək ki, hələlik yığmamız qadın güləşində Yay Olimpiya Oyunlarına 4 mümkün lisenziyadan 3-ünə sahib çıxıb. Həmin vəsiqələri Mariya Stadnik (48 kq), Yuliya Radkeviç (55 kq) və Olesya Zamula (63 kq) əldə edib.
Qeyd edək ki, hələlik yığmamız qadın güləşində Yay Olimpiya Oyunlarına 4 mümkün lisenziyadan 3-ünə sahib çıxıb. Həmin vəsiqələri Mariya Stadnik (48 kq), Yuliya Radkeviç (55 kq) və Olesya Zamula (63 kq) əldə edib.
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
- “Gözünüz aydın, kişilər, müharibə bitdi” – Daşqın Əzizin müharibə xatirələri
- Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib
- AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib
0
0