Azərbaycan bayrağı avqustun 7-dən Pekin Olimpiya kəndində dalğalanacaq
27.05.2008 - 15:23
Bu haqda “APA-Sport” agentliyinə Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov məlumat verib. Onun sözlərinə görə, təntənəli mərasim Yay Olimpiya Oyunlarının startından bir gün öncə - avqustun 7-də olacaq. Tədbirə həmin vaxt Pekində olacaq idmançılar, məşqçilər və Azərbaycan nümayəndə heyətinin rəsmiləri qatılacaqlar. Üçrəngli bayrağımız Olimpiya kəndində dördilliyin ən böyük idman yarışının yekunlaşacağı avqustun 24-dək dalğalanacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0