Azərbaycan olimpiya yığmasının geyimlərini İsveçrənin JAC firması tikəcək
30.05.2008 - 15:31
Bakı. Elşən Məmmədov-APA-Sport. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına yollanacaq Azərbaycan yığma komandasının idman geyimləri İsveçrənin Sürix şəhərində hazırlanacaq. Bu haqda “APA-Sport” agentliyinə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri İlham Mədətov məlumat verib. Onun sözlərinə görə, yığma üzvləri üçün geyimləri JAC firması tikəcək. İ.Mədətov artıq geyimlərin sifariş olunduğunu və iyulda hazırlanaraq, Bakıya gətiriləcəyini bildirib. O, həmçinin idman formalarının üzərində ölkəmizin bütün dövlət rəmzlərinin yer alacağını vurğulayıb.
Qeyd edək ki, nümayəndə heyətimizin parad geyimləri Sloveniyadan gətiriləcək.
Qeyd edək ki, nümayəndə heyətimizin parad geyimləri Sloveniyadan gətiriləcək.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0