“Neftçi” klubunun Avropa Kubokunda rəqibləri müəyyənləşib
03.06.2008 - 14:39
Bakı. Elşən Məmmədov-APA-Sport. İyunun 11-də Rusiyanın Ramenskoe şəhərində start götürəcək badminton üzrə klublararası Avropa kubokunun püşkü atılıb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanı təmsil edəcək “Neftçi” klubu B qrupunda mübarizə aparacaq. Komandamızın rəqibləri “Sokol Dobruska” (Çexiya), “Soderin Rinkonada” (İspaniya), “Uniao Desportiva de Santana” (Portuqaliya) və “BBV Adlisvil-Sürix” (İsveçrə) olacaq. “Neftçi” yarışın ilk günündə Çexiya və İspaniya, ertəsi gün Portuqaliya, iyunun 13-də isə İsveçrə təmsilçisi ilə qarşılaşacaq. B qrupunun lideri birbaşa yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutan klub isə mübarizəni 1/4 finaldan davam etdirəcək. Beş gün davam edəcək yarışda ölkəmizin şərəfini 6 kişi və 4 qadın idmançı qoruyacaq. Onlar Cavanşir Əlizadə, Kənan Rzayev, Orxan Qələndərov, Ceyhun Məmmədəliyev, Mirzə Orucov, Tural Rəsulov, Pərvin Əlizadə, Günay Hüseynova, Nərgiz Mehdiyeva və Alla Vlasyuk olacaq. Yarışlar fərdi, qoşa, qarışıq və komanda formasında olacaq.
- Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- Millimiz Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb
0
0