“Beşiktaş” Gürcüstanda “Hapoel”i məğlub etdi – YENİLƏNİB
27.11.2026 - 00:16
“Beşiktaş” Gürcüstanda “Hapoel”i məğlub etdi – YENİLƏNİB

UEFA Avropa Liqasının Liqa mərhələsində bu gün V turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu İsrail təmsilçisi “Hapoel Beer-Şeva” ilə qarşılaşıb.

İstanbul təmsilçisi rəqibini neytral meydanda – Gürcüstanın Batumi şəhərində qəbul edib.

Görüş Gürcüstanın Batumi şəhərindəki “Batumi Stadium”da keçirilib. Bakı vaxtı ilə saat 21:45-də başlayan matçı danimarkalı FIFA referisi Morten Kroq idarə edib. Ona həmyerliləri Viktor Skitte və Steffen Bramsen kömək ediblər.

Gərgin keçən qarşılaşmada sevinən tərəf "qara qartallar" olub. "Beşiktaş" rəqibini 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu nəticədən sonra Türkiyə klubu 10 xal toplayaraq turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Aktivində 1 xalı olan "Hapoel" isə 33-cü sıradadır.

UEFA Avropa Liqası

Liqa mərhələsi, V tur

26 noyabr

21:45. “Beşiktaş” – “Hapoel Beer-Şeva” 2:1

Baş hakim: Morten Kroq (Danimarka)

Stadion: “Batumi Stadium” (Batumi, Gürcüstan)