Boksçularımız Avropa çempionatına qələbə ilə başladı
07.11.2008 - 10:14
Bakı. Kənan Həsənov - APA-Sport. İngiltərənin Liverpul şəhərində təşkil olunan kişi boksçular arasında Avropa çempionatında döyüşlərə start verilib. “APA-Sport”un məlumatına görə, Azərbaycan yığmasının üzvləri ilk görüşlərini qələbə ilə başa vurublar.
Belə ki, 54 kq çəkidə çıxış edən Samir Məmmədov ukraynalı Oleq Yeqorovu 13:10 hesabı ilə üstələyib. Həmyerlimizin 1/8 finalda rəqibi Rayan Lindberq (İrlandiya) olacaq. Emil Məhərrəmov (69 kq) yarışa rumıniyalı Flavius Biea üzərində qələbə ilə başlayıb - 9:4. O, 1/8 finalda rusiyalı Aleksandr Rakislovla qarşılaşacaq.
Nəriman Abdullayevin rəhbərlik etdiyi yığmamızın digər üzvləri rinqə çıxmasalar da, rəqibləri müəyyənləşib. Mübarizəyə 1/8 finaldan başlayacaq Famil Süleymanov (60 kq) İsmət Zeriklə (Bosniya və Hersoqovina), Fərhad Acalov (64 kq) isə Maksim İqnatyevlə (Rusiya) döyüşəcək. Sonuncu təmsilçimiz Elçin Əlizadənin (91 kq) 1/16 finaldakı rəqibi avstriyalı Con Mbumba olacaq.
Qeyd edək ki, 37-ci dəfə təşkil olunacaq Avropa çempionatına noyabrın 15-də keçiriləcək final döyüşləri ilə yekun vurulacaq.

- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
- Türkiyəli çempion: "Nuray gələcəkdə böyük uğurlar qazanacaq"
0
0