Mamiaşvili: Rövşən Bayramova hörmətim var!
07.11.2008 - 15:36
Bakı. Kənan Həsənov - APA-Sport. “FİLA-nın seçimi mənasız bir şeyə bənzəyir. Mən ən yaxşı elan olunan pəhləvanları tanıyıram və onlara hörmət edirəm. Amma onların hər biri mövsümün əsas yarışında - olimpiadada çempion ola bilməyiblər”. “APA-Sport”un məlumatına görə, bu sözləri Rusiyanın İdman Güləşi Federasiyasının (FSBR) prezidenti , Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) büro üzvü Mixail Mamiaşvili söyləyib.
FİLA-nı düzgün seçim etməməkdə günahlandıran Mamiaşvili bu qurumda dəyişikliklərin vaxtının çatdığını deyib: “Vaxtilə mənim çıxış etdiyim yunan-Roma güləşində olimpiya çempionu olmuş pəhləvanlardan birini seçmək lazım idi. Mən öz subyektiv fikrimi deyəcəyəm: üstünlüyü təbii ki, rusiyalı Aslanbek Xuştova verərdim. O, mövsüm ərzində keyfiyyətli güləş göstərib. FİLA-nın mənasız seçim isə onu göstərir ki, artıq bu qurumda dəyişikliklərin zamanı çatıb”.
Qeyd edək ki, FİLA yunan-Roma güləşində Azərbaycan yığmasının üzvü Rövşən Bayramovu, sərbəst güləşdə Vasili Fedorişini (Ukrayna), qadın güləşində isə Stanka Zlatevanı (Bolqarıstan) planetin ən güclü pəhləvanları seçib.

- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
0
0