Şahin İmranov: “Boksçularımızda mübarizə əzmi çatışmır”
12.11.2008 - 15:02
Bakı. Kənan Həsənov - APA-Sport. “Bir müddətdir məşqlərə başlamışam. Əsasən fiziki hazırlığımın qeydinə qalıram”. Bu sözləri “APA-Sport”a Azərbaycanın boks yığmasının kapitanı Şahin İmranov deyib.
Pekin Olimpiadasının bürünc mükafatını qazanan boksçu zədə ucbatından Azərbaycan çempionatına qatıla bilməyəcəyini bildirib: “İndiyədək zədəmi sağalda bilməmişəm. Məşq prosesində yumruq atarkən belə, qolumda ağrılar hiss edirəm. Yaxınlarda yenidən həkimə müraciət edəcəyəm. Yanvarda keçiriləcək Azərbaycan çempionatında da iştirak etməyəcəyəm”.
Yığmanın kapitanı komanda yoldaşlarının İngiltərənin Liverpul şəhərində keçirilən Avropa çempionatında uğursuz çıxışına da münasibət bildirib: “Sözün düzü nə deyəcəyimi bilmirəm. Onlar Liverpula normal hazırlıq keçib yollanmışdılar. Amma gənc və perspektivli olmalarına rəğmən özlərini doğrulda bilmədilər. Mənə elə gəlir boksçularımızda mübarizə əzmi və qələbə istəyi çatışmır”.

- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
0
0