Azərbaycan Makedoniya və Rusiyaya qarşı
13.11.2008 - 15:46
Bakı. Kənan Həsənov - APA-Sport. Bu gün Almaniyanın Drezden şəhərində start götürən XXXVIII Şahmat Olimpiadasında milli komandalarımızın rəqibləri müəyyənləşib. “APA-Sport”un məlumatına görə, Fikrət Sideyfzadənin başçılıq etdiyi kişilərdən ibarət yığmamız qara fiqurlarla Makedoniyaya qarşı oynayacaq.
Komandamızın lideri Teymur Rəcəbov (2752) Vladimir Georgiyev (2517), Şəhriyar Məmmədyarov (2731) Trajko Nedev (2525), Qədir Hüseynov (2650) Zvonko Stanoyoski (2502), Rauf Məmmədov (2631) isə dördüncü lövhədə Aleksandr Koloviçlə (2458) oynayacaq. Reytinqinə görə yığmamızın üçüncü şahmatçısı olan Vüqar Həşimov (2703) bu turda istirahət edəcək.
Qadın yığmamız isə ilk oyununu qara fiqurlarla turnirin favoriti Rusiyaya qarşı keçirəcək. Bu görüşdə Zeynəb Məmmədyarova (2351) dünya çempionu Aleksandra Kostenyuk (2525), Türkan Məmmədyarova (2269) Tatyana Kosintseva (2513), Xəyalə İsgəndərova (2206) Nadejda Kosintseva (2468), Nərmin Kazımova (2171) isə Yekaterina Korbutla (2459) qarşılaşacaq. Nərgiz Umudova (2219) bu turu kənardan izləyəcək.
Qeyd edək ki, 11 turdan ibarət olan yarışın mükafatları uğrunda 154 kişi və 116 qadın yığması mübarizə aparacaq. Olimpiada noyabrın 25-də başa çatacaq.

- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
- Türkiyəli çempion: "Nuray gələcəkdə böyük uğurlar qazanacaq"
0
0