Azərbaycan yığması Almaniyaya toplanışa gedir
14.11.2008 - 12:46
Bakı – APA-Sport. Akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yığma komandamız Mingəçevir şəhərinə yollanıb. Avarçəkmə Federasiyasından “APA-Sport” verilən məlumata görə, 25-dək idmançımız almaniyalı baş məşqçi Rudiger Hauffe (akademik avarçəkmə) və onun ukraynalı həmkarı Aleksandr Kolıbelnikovun (kayak və kanoe) rəhbərliyi altında “Kür” Təlim-Tədris Mərkəzində təlim-məşq toplantısı keçirəcəklər. Toplanış noyabrın 26-dək davam edəcək. Bundan sonra baş məşqçilər 2009-cu il yanvarın 5-də Almaniyanın Braytenburnn şəhərində start götürəcək təlim-məşq toplantısına yollanacaq avarçəkənlərimizin tərkibini müəyyənləşdirəcəklər. Almaniyada 21 gün davam edəcək hazırlıq prosesinə 11 akademik avarçəkənimiz və 4 kanoeçimiz qatılacaq.
- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
- Türkiyəli çempion: "Nuray gələcəkdə böyük uğurlar qazanacaq"
0
0