Azərbaycanda legioner güləşçi olmayacaq?
18.11.2008 - 15:12
Bakı. Kənan Həsənov - APA-Sport. “Çox məsuliyyətli bir vəzifəyə təyinat aldığımı dərk edirəm. Fikrimcə, bugünkü konfransda qəbul edilən qərarlar Azərbaycan güləşinin inkişafına təkan verəcək”. Bu sözləri “APA-Sport” agentliyinə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Maqomed Umarov söyləyib.
Sərbəst güləşə nəzarət edəcək dağıstanlı mütəxəssis milli komandalara legionerlərin cəlb edilməsi məsələsinin tədricən aradan qalxacağını bildirib: “Bunun üçün bölgələrdə işi gücləndirmək lazımdır. Bütün problemləri üzə çıxarıb, yerində həll etməliyik. Yalnız bu yolla 2-3 ildən sonra transfer və legioner sözləri aradan qalxacaq. Vaxtilə Dağıstanda da eyni problem mövcud idi. Güləş sıfır səviyyəsində idi. Ancaq hərtərəfli fəaliyyət nəticəsində vəziyyətdən çıxa bildik. Bunu Azərbaycanda da bacara biləcəyimizə inanıram”.

- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
- Türkiyəli çempion: "Nuray gələcəkdə böyük uğurlar qazanacaq"
0
0