Avropa çempionatına 7 cüdoçumuz gedir
18.11.2008 - 17:48
Bakı. Aqşin Əliyev - APA-Sport. Noyabrın 21-də Xorvatiyanın paytaxtı Zaqrebdə 23 yaşadək oğlan və qızlar arasında cüdo üzrə Avropa çempionatı start götürəcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən “APA-Sport”a verilən məlumata görə, yarışda ölkəmizin şərəfini 7 idmançı qoruyacaq.
Oğlanların turnirində Samir Dadaşzadə (60 kq), Emil Həsənov (66 kq), Fuad Həbibzadə (73 kq), Rüstəm Alimli (81 kq) və Fərid Babayev (+100 kq) öz bacarıqlarını nümayiş etdirəcəklər. Eyni zamanda, çempionata 2 xanım cüdoçumuz qatılacaq. Bunlar əsas yığmamızın da üzvü olan Ramilə Usubova (63 kq) ilə Rəbiyyə Qarayevadır (70 kq).
Həmyerlilərimiz Zaqrebə sabah yollanacaqlar. Səfərə məşqçi qismində Rəşad Məmmədovla Azər Şıxəliyev gedəcək. Avropa birinciliyinə noyabrın 23-də yekun vurulacaq.

- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
0
0