Məmmədyarovun ekzotik pozaları
19.11.2008 - 10:50
Bakı. Kənan Həsənov - APA-Sport. “Şəhriyar Məmmədyarov da Azərbaycan yığmasının əsas silahı sayılır. O, bunu Maqnus Karlseni zərərsizləşdirərkən sübut etdi”. “APA-Sport”un məlumatına görə, bu sözlər rusiyalı şahmat şərhçisi Yuri Vasilyevə məxsusdur.
Drezdendə keçirilən Şahmat Olimpiadasını yaxından izləyən Vasilyev V tur çərçivəsində baş tutan Azərbaycan - Norveç oyununa da toxunub. Vasilyev bu görüşdə birinci lövhədə oynayan Məmmədyarovun qeyri-adi pozalar göstərdiyini qeyd edib: “Şəhriyar bəzən ekzotik pozalara düşürdü. O, uzanaraq əla oynayırsa, görün ayağa duranda nə olacaq?”
Qeyd edək ki, bu görüşdə milli komandamız Norveçi 3:1 hesabı ilə məğlub edərək liderliyə şərik çıxıb. Məmmədyarov isə rəqibin lideri Karlsenin hücumlarını inamla dəf edərək heç-heçəyə imza atıb.

- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
0
0