Uduzduq…
19.11.2008 - 23:35
Şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Almaniyanın Drezden şəhərində keçirilən olimpiadanın VI turunda uğursuzluğa düçar olub. Apasport.az saytının məlumatına görə, Fikrət Sideifzadənin yetirmələri Ermənistanla qarşılaşmada məğlubiyyətlə üzləşib.
Bu uğursuzluğun əsas səbəbi ikinci lövhədə mübarizə aparan Şəhriyar Məmmədyarovun (2731) erməni rəqibi Vladimir Akopyana (2679) uduzması ilə bağlı olub. Yığmamızın digər üzvləri heç-heçə oynayıblar. Teymur Rəcəbov (2752) Levon Aronyan (2757), Vüqar Həşimov (2703) Qabriel Sarkisyan (2642), Rauf Məmmədov (2631) isə Tiqran Petrosyanla (2629) xalları bölüb. Beləliklə, 1,5:2,5 hesabı ilə uduzan milli komandamız olimpiadada ilk dəfə məğlubiyyət acısı dadıb.
Qadınlardan ibarət yığmamız ardıcıl ikinci oyunda heç-heçə edib. Xanım şahmatçılarımız serbiyalıların ardından, bu dəfə sloveniyalılarla “sülh” bağlayıblar - 2:2. Növbəti turun oyunları sabah keçiriləcək.

- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0