Həmyerlimizi uduzduran hakimlər Litvada fitə basıldı
26.11.2008 - 17:56
Azərbaycanlı Vüqar Verdiyev Litvanın Klaypeda şəhərində keçirilən Avropanın ən yaxşı bodibildinqçisinin seçilməsi müsabiqəsində haqsızlıqla üzləşib. Bu haqda apasport.az saytına Azərbaycan Bodibildinq Federasiyasının prezidenti Rauf Bünyadəliyev məlumat verib. Onun sözlərinə görə, “Elit tur” adlanan yarışda hakimlər idmançımızla bağlı qeyri-obyektiv qərar çıxarıblar.
12 idmançının qatıldığı turnirdə Vüqar ilk “altılığ”a düşdüyü üçün finala adlayıb. Həlledici mərhələdə isə Avropa çempionumuz 4 rəqibi ilə eyni miqdarda xal toplayıb. Ancaq hakimlər idmançımızın bəzi göstəricilərdə geri qaldığını bildirərək, onu 5-ci yerə layiq görüblər.
Bünyadəliyev deyir ki, bodibildinqçimizi uduzduran hakimlər zala toplaşanların etirazı ilə qarşılaşıblar: “Vüqarın 5-ci yeri tutduğu elan olunan kimi, azarkeşlər ayağa qalxaraq hakimləri fitə basdılar, öz etirazlarını müxtəlif şəkildə büruzə verdilər”.
Qeyd edək ki, Verdiyev ötən il Ukraynada keçirilmiş “Elit tur”da 9-cu olmuşdu.

- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
- Türkiyəli çempion: "Nuray gələcəkdə böyük uğurlar qazanacaq"
0
0