Altı boksçumuz finala yüksəldi
27.11.2008 - 22:07
Heydər Əliyev adına İdman-Konsert Kompleksində hərbçi boksçular arasında keçirilən XXXXXII dünya çempionatının finalçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həlledici mərhələyə Azərbaycanın 6 idmançısı vəsiqə qazanıb.
Belə ki, Ceyhun Abıyev (48 kq), Rəhim Nəcəfov (51 kq), Elşən İsmayılov (57 kq), Rahib Bəylərov (75 kq), Elnur Qədirov (81 kq) və Elçin Əlizadə (91 kq) yarımfinalda rəqiblərini məğlub edərək, finala yüksəliblər. Bundan başqa, noyabrın 29-da keçiriləcək finalda ABŞ, Hindistan, Özbəkistan, Belarus, Fransa və Hollandiya boksçuları döyüşəcəklər.
Qeyd edək ki, milli komandamızın üzvlərindən Samir Məmmədov (54 kq), Famil Süleymanov (60 kq), Romal Amanov (64 kq), Emil Məhərrəmov (69 kq) və Azər Məmmədov (+91 kq) çempionatda mübarizəni erkən dayandırıblar.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0