Nə yoğurdum, nə yapdım...
01.12.2008 - 16:52
Azərbaycan ağırlıqqaldıranı Sərdar Həsənov üçün xoş xəbər var. Milli komandamızın baş məşqçisi Vahid Nəzərovun apasport.az saytına verdiyi məlumata görə, 23 yaşlı atlet İtaliyanın Linyano şəhərində təşkil olunmuş Avropa çempionatının “kiçik” bürünc medalına layiq görülüb.
Qitə birinciliyi yarım il əvvəl keçirilsə də, 62 kq çəki dərəcəsində mübarizə aparmış həmyerlimizə indi mükafat verilir. Məsələ burasındadır ki, həmin yarışda birinci yeri tutan moldovalı ağırlıqqaldıran dopinq-testdə ilişib. Qanında istifadəsi qadağan olunmuş dərman preparatı tapıldığından qızıl medal onun əlindən alınıb.
Bununla da, birdən qaldırmada 125 kq-ın öhdəsindən gələrək, 4-cü sırada qərarlaşmış Sərdar avtomatik olaraq, bir pillə irəliləyib. Ona çempionatın “kiçik” bürünc medalı təqdim olunub. Ümumi nəticədə isə Həsənov 275 kq-lıq göstərici ilə 5-ci yerə yüksəlib.
Qeyd edək ki, Avropa çempionatında daha iki atletimiz Zülfüqar Süleymanovla (62 kq) Turan Mirzəyev (69 kq) də “kiçik” bürünc medallara yiyələniblər.

- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
- Türkiyəli çempion: "Nuray gələcəkdə böyük uğurlar qazanacaq"
0
0