Azərbaycan yığması İranla birgə təlim-məşq toplanışına yollanır
11.12.2008 - 17:41
İran Güləş Federasiyası birgə təlim-məşq toplanışı keçmək üçün Azərbaycan yığmasına dəvət göndərib. Bu haqda apasport.az saytına Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmisi Mətləb Abdullayev məlumat verib. Onun sözlərinə görə, AGF rəhbərliyi iranlıların təklifini müsbət qarşılayıb.
Birgə təlim-məşq toplanışı Mazandaran şəhərində baş tutacaq. Yunan-Roma üzrə yeniyetmələrdən ibarət milli komandamız dekabrın 13-də səfərə yola düşəcək. Məşqçilər Akif Əliyevlə Orxan Əliyevin başçılığı altında İrana 18 pəhləvanımız gedəcək. Təlim-məşq toplanışı dekabrın 26-da yekunlaşacaq.

- AMADA-nın icraçı direktoru: "Builki konfrans Konstitusiya və Suverenlik ilinə həsr olunub"
- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
0
0