Adil Əliyev: Elə millət vəkilləri var ki, qapılarda yatırlar
13.12.2008 - 14:21
“Yeri gəlsə, mənə prezident postu lazım deyil. Lakin bir neçə ildir bu vəzifədəyəm. Bundan sonra da federasiya rəhbəri kimi fəaliyyət göstərəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, Milli Məclisin üzvü Adil Əliyev deyib.
Bu gün AKF-nin ilin yekunları ilə bağlı keçirilən toplantısında çıxış edən Əliyev öz şəxsi mənafeyini həmişə kənara qoyduğunu bildirib: “Elə millət vəkilləri var ki, qapılarda yatırlar. Mənə isə heç nə lazım deyil. Heç kimin malına göz dikməmişəm. Şükür Allaha, heç nəyə ehtiyac yoxdur. Sadəcə, pak münasibət, təmiz dostluq istəyirəm”.
Federasiya prezidenti vurğulayıb ki, 2008-ci ilin uğurlu olmasına baxmayaraq, bir sıra problemlər hələlik həllini tapmayıb: “Dövlət başçısı İlham Əliyevin daima diqqət və qayğısını hiss etmişik. Cənab prezidentimiz bildirib ki, olimpiya və qeyri-olimpiya növləri arasında ayrı-seçkilik edilməsin. Amma bəzən özümüzə qarşı laqeyd münasibət görürük. Sözün düzünü deməyimiz bəzilərinin xoşuna gəlmir. Hətta federasiyamızın da daxilində müəyyən söz-söhbətlər yaranıb. Buna görə də hələ də həll olunmamış problemimiz qalıb”.

- Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
- "Formula 1": "Ferrari" pilotu sıralama turunu lider başa vurub - YENİLƏNİB
- "Formula 2": Sprint yarışının qalibi mükafatlandırılıb
- Bakıda sprint yarışı başa çatıb - YENİLƏNİB
- "Formula-2": Yaponiyalı sürücünün bolidində yanğın baş verib - FOTO
0
0