Azərbaycan daha bir nüfuzlu yarış keçirməyə iddialıdır
16.12.2008 - 00:32
Azərbaycan daha bir nüfuzlu yarış keçirməyə iddialıdır
Azərbaycanda şahmat üzrə yenə Qran-Pri turniri təşkil oluna bilər. Apasport.az saytının məlumatına görə, bununla bağlı FİDE-nin marketinq partnyoru sayılan “Global Chess” şirkətinin icraçı direktoru Ceffri Borq açıqlama verib.

O, Elistada keçirilən Qran-Pri yarışının rəsmi İnternet saytına müsahibəsində belə deyib: “Biz 2010-2011-ci illərə planlaşdırılan növbəti Qran-Prinin mərhələlərinin keçirilməsi üçün danışıqlar aparırıq. Turniri təşkil etməyə Rusiya, Azərbaycan, Çin, Oman və Birləşmiş Ərəb Əmirlikləri namizəddir. Danışıqlar müxtəlif mərhələlərdədir: hansısa ölkə potensial ev sahibi qismində bizimlə ilkin razılıq əldə edib, eləsi də var ki, sadəcə, maraqlanır. Biz maddi zəmanət verən ölkələrlə əməkdaşlıq quracağıq”.

Qeyd edək ki, Qran-Pri turnirinin 2008/09 mövsümünün 1-ci mərhələsi bu ilin aprelin 20-dən mayın 6-dək Bakıda keçirilib.
0