FİLA İsveç Güləş Federasiyasını bağışladı
16.12.2008 - 13:58
Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) apelyasiya komissiyası İsveçin cəzasını ləğv edib. Apasport.az saytının məlumatına görə, qurum həmçinin İsveçin erməni əsilli pəhləvanı Ara Abrahamyanla onun şəxsi məşqçisi Leo Myullarinin cəzasını qüvvədə saxlayıb.
Pekin olimpiadasında yunan-Roma güləşində üçüncü yeri tutan Abrahamyan mükafatlandırma mərasimindən sonra bürünc medalını nümayişkaranə şəkildə xalçanın üstünə atıb. Bununla o, hakimliyə etirazını bildirib. Hadisədən sonra Beynəlxalq Olimpiya Komitəsi mükafatı Abrahamyana qaytarmamaq haqda qərar çıxarıb. FILA isə güləşçini və məşqçisini, eləcə də federasiyanı iki il müddətinə diskvalifikasiya edib.

- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0