31 ölkə və ceyran - FOTO
18.12.2008 - 12:18
Mayın 15-də Bakıda start götürəcək bədii gimnastika üzrə XXV Avropa çempionatında iştirak etmək üçün 31 ölkə ilkin ərizələrini təqdim edib. Bu haqda Apasport.az saytına Azərbaycan Gimnastika Federasiyasının mətbuat katibliyindən məlumat verilib.
30 ölkə gimnastları şəxsi, 18 komanda isə yeniyetmələrin qrup hərəkətləri üzrə yarışlarında qüvvələrini sınayacaqlar. Hər ölkə 3 əsas və 1 ehtiyat idmançı, həmçinin qrup hərəkətləri üzrə yeniyetmələrdən ibarət komanda ilə təmsil oluna bilər.
Avropa çempionatın ilk iki günündə komanda hesabında mükafatçılar müəyyənləşəcək. Mayın 17-də isə 5 lentlə qrup hərəkətləri üzrə ən yaxşı yığma komanda və fərdi idmançılar arasında ayrı-ayrı finallarda (ip, halqa, top, lent) qaliblər bəlli olacaq.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq yarışın rəsmi loqotipi (burada Azərbaycanın milli bayrağının rənglərindən istifadə olunub) “Hisslər tufanı” adını alıb.Yarışın talismanı isə şən ceyran balasıdır.

- AMADA-nın icraçı direktoru: "Builki konfrans Konstitusiya və Suverenlik ilinə həsr olunub"
- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
0
0