Azərbaycanın çempion pəhləvanları
18.12.2008 - 22:13
Bu gün güləş üzrə növbəti Azərbaycan çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında təşkil olunan yarışda öncə mübarizəyə yunan-Roma güləşçiləri qoşulublar.
Çempionatın ilk günündə 4 çəki dərəcəsində qaliblər müəyyənləşib. Elçin Əliyev (55 kq), Fuad Əliyev (60 kq), Şalva Qadabadze (96 kq) və Cəlal Bahadurov (120 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elçin və Fuad öz çəkilərində Pekin Olimpiadasının gümüş mükafatçıları Rövşən Bayramov və Vitali Rəhimovun dincəlmələrindən məharətlə yararlanıblar.
Sabah 66 kq, 74 kq və 84 kq-da Azərbaycan çempionları bilinəcək. Sərbəst güləşçilər isə dekabrın 20-21-də xalça üzərinə çıxacaqlar. Güləş Federasiyasının rəhbərliyi ölkə çempionuna 3000, onun məşqçisinə 1000 manat mükafat verir. Bundan başqa, 2-ci yerin sahibi 2000, bürünc medalçı isə 1000 manat qazanır.

- AMADA-nın icraçı direktoru: "Builki konfrans Konstitusiya və Suverenlik ilinə həsr olunub"
- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
0
0