Azərbaycan yığması Türkiyə ilə birgə təlim-məşq toplanışı keçəcək
05.01.2009 - 15:44
Qadın güləşi üzrə Azərbaycan milli komandası Türkiyə ilə birgə təlim-məşq toplanışı keçəcək. Bu haqda apasport.az saytına yığmanın baş məşqçisi Nazim Əlicanov məlumat verib. Onun sözlərinə görə, Ankara şəhərində təşkil olunacaq təlim-məşq toplanışı fevralın 7-8-də keçiriləcək Yaşar Doğunun xatirə turnirinə hazırlıq xarakteri daşıyacaq.
Pəhləvanlarımız səfərə yanvarın 22-də yollanacaqlar. Əlicanov bildirib ki, Türkiyəyə 7-8 idmançının aparılması planlaşdırılıb: “İki həftəlik təlim-məşq toplanışı türkiyəli, yunanıstanlı güləşçilərlə birgə olacaq. Daha sonra yığma üzvləri beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar”.
Baş məşqçi milli komandamızın ukraynalı legioneri, Pekin Olimpiadasının bürünc mükafatçısı Mariya Stadnikin də durumuna toxunub. O, 20 yaşlı pəhləvanın yalnız fevralda yığmanın düşərgəsinə qoşulacağını deyib: “Onunla mütəmadi əlaqə saxlayıram. Mariya Ankaraya aparılmayacaq, çünki yaxşı formadadır. Fevralda Ukraynada keçiriləcək yarışda onun xidmətindən yararlanacağıq”.

- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
0
0