Ramil Quliyev ölkə çempionatının finalından niyə imtina edib?
06.01.2009 - 22:20
Respublika Olimpiya Mərkəzində gənclər və yeniyetmələr arasında keçirilən atletika üzrə ölkə çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 123 idmançının qatıldığı yarışda Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı Ramil Quliyev 60 metr məsafəyə qaçışda 6,61 saniyə nəticə göstərsə də, fiziki yüklənmədən ehtiyatlanaraq, finalda iştirakdan imtina edib. Nəticədə bu məsafəyə qaçışda Rüstəm Əliyev (7,34 saniyə) birinci yeri tutub.
Böyüklər arasında üç təkanla uzunluğa tullanma yarışlarında Kamran Cəlilov (15,35 metr) və Ənvər Zeynalov (15,15 metr) 1-2-ci yerlərə sahib çıxıblar.
Qadınlar arasında mübarizədə Alyona Setina (200 metr), Hökümə İbrahimova (400 metr) və 60 metr məsafəyə sədlərlə qaçışda Rəqibə Məmmədova fərqləniblər.

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0