İgid odur, atdan düşə...
11.01.2009 - 18:49
İgid odur, atdan düşə...
Türkiyənin Bursa şəhərində keçirilən at yarışlarında müvazinətini itirərək atdan yıxılan Gürkan Oker dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, Bursa şəhərində Osmanqazi hipodromunda keçirilən yarışda müvazinətini itrərək atdan yıxılan və arxadan gələn atın ayaqları altında qalaraq ağır zədələnən 27 yaşlı Jokey 3 gündür müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

27 yaşlı Gürkan Oker 1996-cı ildən at yarışlarında iştirak edirdi. 13 ildə 4300 yarışda iştirak edən jokey, 451 yarışın qalibi olub. 473 yarışda ikinci olan Gürkan Öker 246 yarışda isə üçüncü yer tutub. 2008-ci ildə ən yaxşı 10 jokey arasında yer alan Oker il ərzində iştirak etdiyi 647 yarışın 104-də birinci olub. /ANS PRESS/
0