Yığmamız Rusiyaya necə getmişdisə, eləcə də qayıtdı
19.01.2009 - 13:26
Rusiyanın Ryazan şəhərində İvan Paddubninin xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə beynəlxalq turnir Azərbaycan yığması üçün uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, yarışda çıxış edən 8 pəhləvanımızdan heç biri fəxri kürsüyə yüksəlməyi bacarmayıb.
Belə ki, Elçin Əliyev (55 kq), Hacıxan Mustafayev (60 kq), Rafiq Hüseynov (74 kq), Murtuza Tağıyev, Araz Həsənov (hər ikisi 84 kq), Denis Mişin (96 kq), Anton Botev və Cəlal Bahadurov (hər ikisi 120 kq) medalsız qalıblar. Bu, milli komandanın yeni baş məşqçisi, ötən ilin noyabrında Elçin Cəfərovu əvəzləyən Bəhram Mürvətovun öz vəzifəsində ilk turniri idi.
İvan Paddubni turnirində əksər medallara yerli idmançılar yiyələniblər. Buna görə də ümumi komanda hesabında 1-ci yeri Rusiya tutub. Milli komandamız bu baxımdan da zəif təsir bağışlayıb. Yığmamız ilk “3-lüy”ə belə düşə bilməyib.

- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0