“Vüqar Ələkbərov özünü artistliyə qoyub, bizi biabır etməsin”
16.02.2009 - 11:06
Azərbaycan Boks Federasiyasının (ABF) rəhbərliyi 1-5 fevralda keçirilmiş Azərbaycan çempionatının yekunları ilə bağlı iclas keçirib. Apasport.az saytının məlumatına görə, bu haqda lent.az-a ABF-in I vitse-prezidenti Ağacan Abıyev məlumat verib.
Onun sözlərinə görə, toplantıda boksçuların ölkə çempionatındakı çıxışlarından narazılıq ifadə olunub. Xüsusən, aparıcı idmançıların göstərdiyi nəticələr mənfi qiymətləndirilib. Abıyev ölkə çempionatında bəzi çəki dərəcələrində yığma komanda üzvlərinin hazırlıqsızlığının özünü qabarıq şəkildə büruzə verdiyini söyləyib: “Əksər boksçular çempionata yaxşı hazırlaşmamışdılar. Halbuki onların hazırlıq üçün 3 ayadək vaxtları vardı. Öyrəşiblər ki, dövlət hesabına bunlar üçün müntəzəm təlim-məşq toplantısı təşkil olunsun. Əks halda, sərbəst məşq etmək istəmirlər. Buna görə həmin boksçuları və onların məşqçilərini danladım. İnanıram ki, 28 mart – 3 apreldə Bakıda keçiriləcək beynəlxalq “İpək yolu” turnirinədək boksçular lazımi səviyyədə hazırlıqlı olacaqlar”.
ABF rəsmisi uzun fasilədən sonra rinqə qayıdan 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Vüqar Ələkbərovun ölkə çempionatındakı çıxışına da münasibət bildirib. Onun fikrincə, Ələkbərov çempionatda xeyli zəif təsir bağışlayıb: “Vüqar yarımfinaladək döyüşdükdən sonra zədələndiyini bəhanə edərək mübarizəni dayandırdı. Ona məsləhət görərdim ki, özünü artistliyə qoyub bizi biabır etməsin. Mən də istəsəm, ayağımı sarıyaram, hələ üstəlik gipsə də qoya bilərəm. Onu yığma komandaya götürə bilmərik. Bir döyüşdən sonra kiminsə əli, qolu çıxırsa, o, boksu atmalıdır”.

0
0