Azərbaycanda atletikanın inkişafına dair strateji plan
18.02.2009 - 18:25
Bu gün Milli Olimpiya Komitəsində Azərbaycanda atletikanın inkişafına dair strateji planın təqdimat mərasimi olub. Apasport.az saytının məlumatına görə, Böyük Britaniyanın İdman Şurası ilə birgə həyata keçiriləcək layihədə əsas məqsəd ölkəmizdə cinsindən, sosial statusundan asılı olmayaraq, bütün yaş qruplarında gənclərin atletika növündə iştirakını təmin etmək, həmçinin milli komandalara istedadlı idmançıları cəlb etməkdir.
Plan 2009-2012-ci illəri əhatə edir. Layihəyə əsasən, yaxın 3 il ərzində Gəncədə, Mingəçevirdə, Xaçmazda, Qax və Zaqatalada atletika mərkəzlərinin yaradılması nəzərdə tutulub.
Plan 2009-2012-ci illəri əhatə edir. Layihəyə əsasən, yaxın 3 il ərzində Gəncədə, Mingəçevirdə, Xaçmazda, Qax və Zaqatalada atletika mərkəzlərinin yaradılması nəzərdə tutulub.
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0