Şəhriyar Məmmədyarovun ilk qələbəsi
19.02.2009 - 11:24
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada keçirilən "Aeroflot Open 2009" turnirində ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, yarışın A kateqoriyasında mübarizə aparan 24 yaşlı həmvətənimiz rusiyalı Nikolay Çadayevi məğlub edib. Turnirin reytinq favoriti olan Məmmədyarov (2724) hazırda 1,5 xalla 4-cü pillədə qərarlaşıb. O, bu gün III tur çərçivəsində yerli idmançı Pavel Smirnovu sınağa çəkəcək.
A kateqoriyasında çıxış edən digər şahmatçılarımız Eltac Səfərlinin 1,5, Rauf Məmmədovun isə 1 xalı var. Onlar müvafiq olaraq, 25-ci və 33-cü yeri tuturlar. Cahangir Ağarəhimov isə A2 kateqoriyasında hələlik zəif təsir bağışlayır. O, iki turdan sonra yarım xalla 72-ci sıradadır.
Bundan başqa, B (Bəhruz Rzayev, Faiq Ələsgərov, Müşfiq Əsgərov) və C (Fidan Ağasıyeva, Teymur Salayev, Nurlan Şabanov, Tamerlan Bünyadov) kateqoriyalarında da təmsilçilərimiz var.
Ümumi mükafat fondu 180 min avroya bərabər "Aeroflot Open 2009" yarışı fevralın 26-da başa çatacaq.

- APA Jurnalist Məktəbi növbəti təlim kursuna start verib - FOTO
- Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
0
0