Olimpiadada yeni idman növü
20.02.2009 - 16:06
Beynəlxalq Olimpiya Komitəsi (İOC) 2016-cı il Yay Olimpiya Oyunlarının proqramına salınmağa namizəd göstərilən idman növlərinin adlarını açıqlayıb. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, 7 il sonra keçiriləcək olimpiadada 2 yeni növ peyda olacaq.
Bu idman növləri qolf, diyircəkli konkisürmə, beysbol, softbol, reqbi, skvoş və karate növləri arasından seçiləcək. Artıq 7 idman növü üzrə beynəlxalq federasiyaların hər biri olimpiadanın proqramına salınmaq üçün lazım olan sənədləri İOC-a təqdim ediblər.
Oktyabrın 3-də Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək İOC-un sessiyasında olimpiada proqramına salınan iki yeni idman növü səsvermə yolu ilə müəyyənləşdiriləcək. Həmin sessiyada 2016-cı il Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhərin adı da məlum olacaq.
Xatırladaq ki, 2016-cı il Olimpiadası Madrid (İspaniya), Rio-de-Janeyro (Braziliya), Tokio (Yaponiya) və Çikaqo (ABŞ) şəhərlərindən birində keçiriləcək.

- Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- Millimiz Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb
0
0