Azərbaycanın ən güclü ağırlıqqaldıranları
24.02.2009 - 13:21
Azərbaycanın ən güclü ağırlıqqaldıranları
Ağır atletika üzrə gənclər arasında təşkil olunan Azərbaycan birinciliyinə yekun vurulub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Masazır Ağır Atletika Kompleksində keçirilən yarışda 1989-91-ci il təvəllüdlülər qüvvələrini sınayıblar.

Birincilikdə Bakıdan “Təhsil”, “Gənclik”, “Məhsul”, 8 saylı məktəb və Mərkəzi Ordu İdman Klubu, eyni zamanda Şamaxı, Qazax, Yevlax, Sumqayıt, Goranboy, Qobustan, Gəncə, Abşeron və Lənkəran komandaları iştirak ediblər. Gənclərin yarışında 105 və +105 kq çəki dərəcələrində atlet qıtlığı hiss olunub.

Birinciliyin qalibləri:

56 kq

1. Elçin Eminov (Qazax) - 174 kq
2. Zülfüqar Seyidov (Abşeron) - 170 kq
3. Sabir Qardaşəliyev (Qobustan) - 120 kq

62 kq
1. Rauf Nəbiyev (“Gənclik”) - 200 kq
2. Tamerlan Mikayılov (Lənkəran) - 170 kq
3. Vüsal Əhmədov (Sumqayıt) - 168 kq

69 kq
1. Nicat Rəhimov (Abşeron) - 236 kq
2. Mirağa Məmmədli (Lənkəran) - 210 kq
3. Pərvin Əskərov (Gəncə) - 208 kq

77 kq
1. Nail Nəbiyev (“Gənclik”) - 260 kq
2. Orxan Əliquluzadə ( Lənkəran) - 255 kq
3. Ziya Zalıyev (Sumqayıt) - 247 kq

85 kq
1. Vüsal İsmayılov (“Gənclik”) - 270 kq
2. Elmar Rəhimov (“Gənclik”) - 250 kq
3. Cəlil Abdullayev (“Məhsul”) - 240 kq

94 kq
1. Qurban Həsənov (Lənkəran) - 270 kq
2. Polad Piriyev (“Gənclik”) - 260 kq
3. Ramil Xəlilov (Yevlax) - 240 kq

105 kq
1. Rolan Piriyev (“Gənclik”) - 270 kq
2. Ağamalik Hümbətov (8 saylı məktəb) - 235 kq

+ 105 kq
1. Azər Hüseynzadə (Lənkəran) - 140 kq
0