“Kobra” ləqəbli azərbaycanlı Avrasiya çempionu ola bilər - FOTO
24.02.2009 - 18:58
“Kobra” ləqəbli azərbaycanlı Avrasiya çempionu ola bilər - FOTO
Fevralın 26-da Rusiyanın paytaxtı Moskvada kikboksinqin WBKF versiyası üzrə 76 kq çəki dərəcəsində Avrasiya çempionu titulunun sahibi müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, 4 idmançının qatıldığı yarışda azərbaycanlı Pərviz Abdullayev də döyüşəcək.

“Kobra” ləqəbli kikboksinqçimiz Avropa çempionatının mükafatçısı, boks üzrə beşqat Moldova çempionu rusiyalı İvan Qayvanı sınağa çəkəcək. Onlar yarımfinalda üz-üzə gələcəklər və qalib titul uğrunda həlledici döyüşə vəsiqə qazanacaq. Digər yarımfinal cütü isə “Qalxan” ləqəbli Kumar Jaliyevlə (Qırğızıstan) Aleksandr Bernyakovdan (Estoniya) ibarətdir.
0