Rəcəbov yarım xalla kifayətləndi
25.02.2009 - 01:25
Rəcəbov yarım xalla kifayətləndi
Bir günlük fasilədən sonra İspaniyada təşkil olunan ənənəvi “Linares” şahmat superturnirinin beşinci turuna start verilib. Apasport.az saytının məlumatına görə, 314 min avro mükafat fondu olan yarışda həmyerlimiz Teymur Rəcəbov kubalı Lenyer Dominqeslə üz-üzə gəlib.

Həmyerlimiz qara fiqurlarla oynadığı partiyada müəyyən üstünlüyə malik olsa da, 62-ci gedişdə heç-heçə qeydə alınıb. Digər qarşılaşmalara gəlincə, dünya çempionu Vişvanatan Anand (Hindistan, 2791) Vasili İvançukla (Ukrayna, 2779), Aleksandr Qrişuk (Rusiya, 2733) Maqnus Karlsenlə (Norveç, 2776), Levon Aronyan (Ermənistan, 2750) Van Yue ilə xalları yarı bölüb.

Hesabat turundan sonra hesabında 1,5 xal olan Rəcəbov bu gün Yue ilə görüşəcək.
0