Şəhriyar Məmmədyarov Moskvada: əvvəl qalmaqal, sonra mükafat
27.02.2009 - 11:24
Rusiyanın paytaxtı Moskvada təşkil olunan şahmat üzrə “Aeroflot Open-2009” blits turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın şərəfini Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Rauf Məmmədov və Eltac Səfərli qoruyub.
Təmsilçilərimizdən ən yaxşı nəticəni Həşimov göstərib. O, 18 oyundan 14,5 xal toplayaraq, 2-ci yeri tutub. Vüqar turnirin qalibi ukraynalı Sergey Karyakindən yarım xal geri qalıb.
Həmçinin, “Aeroflot Open-2009” festivalında qalmaqalla üzləşən və yarışı yarımçıq tərk edən Şəhriyar Məmmədyarov da blits turnirdə mükafata layiq görülüb. 24 yaşlı şahmatçı 13 xalla 3-cü pillədə qərarlaşıb.
Digər həmyerlilərimiz isə zəif çıxış ediblər. Rauf Məmmədov 14-cü (12 xal), Eltac Səfərli 61-ci (10 xal) yeri tutub.

- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0