Ümid ikinci dövrəyə qaldı...
27.02.2009 - 12:01
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyada keçirilən “Linares” superturnirinin birinci dövrəsini autsayder qismində başa vurub. Apasport.az saytının məlumatına görə, 22 yaşlı həmyerlimiz hələ də qələbə qazana bilməyib. O, birinci dövrənin son turunda norveçli Maqnus Karlsenlə görüşdə də yarım xalla kifayətlənib.
Beləliklə, 7 oyunda 5 heç-heçə, 2 məğlubiyyət Teymurun axırıncı, 8-ci pillədə qərarlaşması ilə nəticələnib. Lakin Rəcəbovun şansı bitməyib. O, ikinci dövrədə nəticələrini yaxşılaşdıra bilər.
Yarış iştirakçıları bu gün istirahət edirlər. Sabah isə ikinci dövrəyə start veriləcək. Rəcəbov VIII turda ağ fiqurlarla dünya çempionu Vişvanatan Ananddan revanş almağa çalışacaq.
VII turun nəticələri:
Teymur Rəcəbov (Azərbaycan, 2761) - Maqnus Karlsen (Norveç, 2776) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan, 2791) - Aleksandr Qrişuk (Rusiya, 2733) - 0,5:0,5
Levon Aronyan (Ermənistan, 2750) - Vasili İvançuk (Ukrayna, 2779) - 0:1
Lenyer Dominqes (Kuba, 2717) - Van Yue (Çin, 2739) - 0,5:0,5
Turnir cədvəli: 1.Qrişuk 5 xal; 2. İvançuk 4; 3.Karlsen 4; 4.Aronyan 3,5; 5.Anand 3,5; 6.Dominges 3; 7.Yue 2,5: 8.Rəcəbov 2,5

- İdmanda dopinqlə mübarizə üzrə dünya konfransı keçirilib
- Azərbaycan kamandan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər
- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
0
0