Yığmamıza qol vuran Fatimə soyundu - FOTO
27.02.2009 - 18:33
Hollandiyanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandasının üzvü Fatimə Moreyra de Melo diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu məşhur FHM jurnalı üçün poza verib. Bununla da o, bir sıra peşəkar idmançıların bədənini nümayiş etdirmək ənənəsini davam etdirib.
Özü də Fatimə kifayət qədər tanınmış ailənin nümayəndəsidir. O, Portuqaliyanın Hollandiyadakı səfirinin qızıdır. Elə buna görə də Fatimə valideyninin çalışdığı ölkənin yığmasında çıxış edir. İndiyədək “narıncılar”ın heyətində 257 matçda 34 qola imza atıb. Üç dəfə yay olimpiya oyunlarının iştirakçısı olan hokkeyçi 2000-ci ildə bürünc, 2004-cü ildə gümüş, 2008-ci ildə isə qızıl medal qazanıb. Bundan başqa, 1998-ci və 2002-ci illərdə dünya çempionatının gümüş, 2006-cı ildə isə ən yüksək əyarlı medala sahib çıxıb.
Fatimə Azərbaycan yığmasına qarşı da oynayıb. Bu, 2003-cü ildə İspaniyanın Barselona şəhərində keçirilən Avropa çempionatının final mərhələsinə təsadüf edib. Həmin vaxt hokkeyçilərimiz Fatimənin gözəlliyi ilə yanaşı, gözəl oyununa da şahidi olublar. Hollandiya milli komandası sentyabrın 4-də yığmamızı 12:1 hesabı ilə məğlub edib. Qarşılaşmada bütün 70 dəqiqəni meydanda keçirən Fatimə komandamızın qapısına bir qol vurub.

- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
0
0