Azərbaycanlı “Kobra” Moskvada gümüş qazandı
28.02.2009 - 11:59
Rusiyanın paytaxtı Moskvada kikboksinqin WBKF versiyası üzrə Avropa kəməri uğrunda turnir keçirilib. Apasport.az saytının lent.az-a istinadən verdiyi məlumata görə, “Arbat” döyüşçülər klubunda təşkil olunan gecədə 76 kq çəki dərəcəsində qalib müəyyənləşib.
Qırğızıstan, Rusiya və Estoniya kikboksçularının da qatıldıqları yarışda Azərbaycanı “Kobra” ləqəbli Pərviz Abdullayev təmsil edib. O, ilk görüşünü yarımfinal mərhələsində İvan Qayvana (Rusiya) qarşı keçirib. Həmyerlimiz qələbə qazanaraq, finala çıxıb.
Həlledici qarşılaşmada onun rəqibi Qırğızıstan idmançısı, “Kalkan” ləqəbli Kumar Jaliyev olub. Döyüşü daha üstün səviyyədə keçirən Jaliyev qələbə qazanaraq, yarışın baş mükafatına sahib çıxıb. Abdullayev isə ikinci yerlə kifayətlənib.
Qeyd edək ki, Jaliyev ötən il Bakıda keçirilmiş “K-1 Max” turnirinin iştirakçısı olmuşdu. O, finalda azərbaycanlı Zamin Hüseynova uduzmuşdu.

- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0