Yığmamız üç medalla üçüncü oldu
02.03.2009 - 13:34
İranın Qum şəhərində yunan-Roma güləşi üzrə “İmam Yadigar” kuboku uğrunda beynəlxalq turnir keçirilib. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, yarışda çıxış edən Azərbaycanın 8 pəhləvanından 3-ü medal qazanıb.
Sakit Cəlilov (60 kq) bütün rəqiblərini məğlub edərək, qızıl medala sahib çıxıb. Qadir Süleymanovla (55 kq) Emin Əhmədov (66 kq) isə bürünc medala layiq görülüblər. Elgiz Məmmədov (84 kq) 5-ci, Anar Əsədov (60 kq), Elşad Səfərov (66 kq) və Vüqar Mirzəyev (96 kq) 11-ci, Taleh Məmmədov (55 kq) isə 17-ci yeri tutublar.
Bu nəticələrə əsasən, 32 xal toplayan Azərbaycan yığması ümumi hesabda 8 ölkə arasında İran və Türkiyədən sonra 3-cü yeri tutub.

- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0