Rəcəbov liderlə bacarmadı
04.03.2009 - 00:01
Rəcəbov liderlə bacarmadı
Şahmatçımız Teymur Rəcəbov İspaniyada keçirilən ənənəvi “Linares” superturnirinin XI turunu yarım xalla başa vurub. Apasport.az saytının məlumatına görə, mükafat fondu 314 min ABŞ dolları olan yarışda azərbaycanlı qrossmeysterin Aleksandr Qrişukla (Rusiya) görüşü heç-heçə nəticələnib.

Günün digər oyunlarında da qalib müəyyənləşməyib. Belə ki, Vişvanatan Anand (Hindistan) - Van Yue (Çin), Vasili İvançuk (Ukrayna) - Maqnus Karlsen (Norveç) və Lenyer Dominqes (Kuba) - Levon Aronyan (Ermənistan) görüşlərində də bərabərlik qeydə alınıb.

XI turdan sonra Qrişuk 7 xalla vahid liderdir. İvançuk rus qrossmeysterdən yarım xal geri qalır. Karlsenlə Anandın 5,5, Rəcəbovla Yuenin 5, sonuncu yerdə olan Dominqesin isə 4,5 xalı var. Bir günlük istirahətdən sonra Teymur Dominqesə qarşı ağ fiqurlarla oynayacaq.
0