Azərbaycanlı məşqçi ağır virusa yoluxub - EKSKLÜZİV
06.03.2009 - 11:35
Azərbaycan cüdo yığmasının sabiq üzvü Mehman Əzizov ağır xəstəliyə düçar olub. Bu haqda apasport.az saytına məlumat verən Əzizovun sözlərinə görə, onda Hepatit C virusu aşkarlanıb.
Veteran idmançı bir müddət öncə Rusiyanın paytaxtı Moskvada müayinədən keçib. Həkimlər Əzizovun Bakıda müalicə olunması barədə rəy veriblər. Ancaq müalicə 33 yaşlı cüdoçuya asan başa gəlməyəcək: “Səhhətim yaxşılaşacaq. Sadəcə, müalicə olunmalıyam. Sağ olsun Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov, müalicə xərcini öz üzərinə götürüb. Buna görə, Füzuli müəllimə dərin minnətdarlığımı bildirirəm”.
Hazırda məşqçi kimi fəaliyyət göstərən Əzizov 3 dəfə - 2000-ci, 2004-cü və 2008-ci ildə keçirilmiş yay olimpiya oyunlarında iştirak edib. Onun olimpiadalarda göstərdiyi ən yüksək nəticə 5-ci pillədir. Əzizov ötən ilin payızından, Pekin Olimpiadasındakı uğursuzluqdan sonra məşqçi işləməyə başlayıb.
Qeyd edək ki, Hepatit C ağır qaraciyər xəstəliyidir.

- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0