Püşk yığmamızı orta asiyalılarla üz-üzə qoydu
06.03.2009 - 18:15
Püşk yığmamızı orta asiyalılarla üz-üzə qoydu
İranın paytaxtı Tehranda təşkil olunan sərbəst güləş üzrə Dünya Kubokunun püşkü atılıb. Azərbaycan Güləş Federasiyasının rəsmisi Mətləb Abdullayevin apasport.az saytına verdiyi məlumata görə, mili komandamız B qrupunda yer alıb. Qrup mərhələsində rəqibimiz Ukrayna, Qazaxıstan və Özbəkistandır. Təqvimə əsasən, sərbəst güləşçilərimiz ilk görüşdə qazax həmkarlarını sınağa çəkəcəklər.

A qrupunda isə Rusiya, İran, Gürcüstan və Kuba mübarizə aparacaq. Sabah qrup mərhələsinin görüşləri keçiriləcək. Final görüşləri isə martın 8-də baş tutacaq. Qruplarda ilk yeri tutanlar 1-ci, ikinci yeri tutanlar 3-cü, üçüncü yeri tutanlar 5-ci, dördüncü yeri tutanlar isə 7-ci yer uğrunda çıxış edəcəklər.

Dünya Kubokuna yollanmış yığmamızın heyəti Abil İbrahimov, Ceyhun Əliyev (hər ikisi 55 kq), Zəlimxan Hüseynov, Cəlal Süleymanov (hər ikisi 60 kq), Cəbrayıl Həsənov, Xaqan Süleymanov (hər ikisi 66 kq), Çamsulvara Çamsulvarayev, Aqil Quliyev (hər ikisi 74 kq), Novruz Temrezov, Hacı Əlicanov (hər ikisi 84 kq), Xetaq Qazyumov, Mehman İmanquliyev (hər ikisi 96 kq), Əli İsayev və Mixail Qazzayevdən (hər ikisi 120 kq) ibarətdir. Milli komandamızın baş məşqçisi Maqomedxan Aratsilovdur.
0