Teymur Rəcəbov “Linares” superturnirində beşinci oldu - FOTO
08.03.2009 - 00:00
Teymur Rəcəbov “Linares” superturnirində beşinci oldu - FOTO
Fevralın 18-dən İspaniyada start götürən ənənəvi “Linares” superturniri az öncə başa çatıb. Apasport.az saytının məlumatına görə, dünyanın adlı-sanlı 8 şahmatçısının qatıldığı və mükafat fondu 314 min avro olan yarışın sonuncu gününün bütün görüşləri “sülh”lə nəticələnib.

Həmyerlimiz Teymur Rəcəbov XIV tur çərçivəsində Van Yue ilə üz-üzə gəlib. Bunadək hesabında 1 qələbə, 10 heç-heçə və 2 məğlubiyyət olan qrossmeyterimiz yenə yarım xalla kifayətlənib. Bu nəticə ilə turniri 6,5 xalla başa vuran 22 yaşlı şahmatçı mükafatçılar sırasına düşə bilməyib.

Levon Aronyan (2750, Ermənistan) – Aleksandr Qrişuk (2719, Rusiya) - 0,5:0,5
Lenyer Dominqes (2717, Kuba) – Vasili İvançuk (2779, Ukrayna) – 0,5:0,5
Vişvanaran Anand (2791, Hindistan) – Maqnus Karlsen (2776, Norveç) – 0,5:0,5
Teymur Rəcəbov (2761, Azərbaycan) – Van Yue (2739, Çin) - 0,5:0,5

Hərəyə 8 xal toplayan İvançukla Qrişuk turnirin baş mükafatını qazanıblar. Karlsen 7,5 xalla üçüncü, hazırkı dünya çempionu Anand 7 xalla dördüncü olub. Rəcəbov, Yue və Aronyan 5-7-ci yerləri bölüşdürüblər. Dominqes isə yarışı sonuncu yerdə başa vurub.
0